Şəmkirdə yol qəzası baş verib

Şəmkir rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, Şəmkir-Gədəbəy avtomobil yolunun “Yasamal aşırımı” adlanan hissəsində hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı dərəyə aşıb. Nəticədə sürücü, Şəmkir rayon sakini 1990-cı il təvəllüdlü Amil Aslanov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, qəzaya sürücünün sərxoş halda avtomobili idarə etməsi səbəb olub. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə