Martın 15-də Lənkəran rayonunun Şağlaküçə kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yolda biri-birinə əks istiqamətdə hərəkətdə olan iki "VAZ-2107" markalı avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, beş nəfər yaralanıb.

Həkimlərin səylərinə baxmayaraq, sürücü, Lənkəran rayonunun Şovu kənd sakini, 59 yaşlı Əbültalıb Şahbazovun həyatını xilas etmək mümkün olmayıb. Yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlar - Lənkəran rayonunun Şovu kənd sakinləri Vədiyə Şəfiyeva, onun qızı Əminə Şəfiyeva və gəlini Ramilə Şəfiyeva, digər avtomobilin sürücüsü, Qurumba kənd sakini Fərid Əmirov və Lerik rayonunun Şingədulan kənd sakini Vaqif Bəndiyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə