Daxili işlər orqanlarının əməkdaşları tərəfindən informasiya texnologiyalarından istifadə edilməklə törədilən kibercinayətlərlə mübarizə, onların qarşısının alınması və ifşa edilməsi istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə “İnstagram” sosial şəbəkəsində “xaker_telefon_izle” adlı səhifənin sahibinin vətəndaşların etibarından sui-istifadə edərək onları dələduzluq yolu aldatdığı və külli miqdarda pullarını mənimsədiyi barədə məlumat daxil olub.
Aparılan əməliyyat-texniki tədbirlər nəticəsində müəyyən edilib ki, həmin səhifədə insanlara pul müqabilində guya xüsusi kompüter proqramlarının köməkliyi ilə qarşı tərəfin xəbəri olmadan “mobil telefonun yönləndirilməsi”, “telefonda ön kameranın açılması” və bu üsulla telefon sahibinin gedəcəyi yerlər haqqında məlumatların əldə edilməsi kimi uydurma xidmətlər təklif olunur.
Keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində “xaker_telefon_izle” səhifəsinin Ağdam rayon sakini Nurlan İsmayılov adlı şəxs tərəfindən idarə olunduğu müəyyən edilib və o, saxlanılaraq məsuliyyətə cəlb edilib. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs qarşı tərəfin şəxsi məlumatlarını əldə edəndən sonra öz adına poçt vasitəsilə 600 manat pul göndərilməsini istəyib.
N. İsmayılov pulu əldə edən kimi həmin şəxsləri sosial şəbəkələrdə “qara sıyahı”ya ataraq onlarla əlaqələrini kəsib.
Saxlanılan şəxs bu üsulla 200 nəfərə yaxın insanı aldatdığını, həmçinin tələb etdiyi pulu verməyənləri ona göndərilən məlumatları yayacağı ilə də hədələyib.
N. İsmayılov ifadəsində “İnstagram”da səhifəsinə müraciət edən insanlara yalan vədlər verdiyini və vətəndaşları dələduzluq yolu ilə aldadaraq pullarını ələ keçirdiyini etiraf edib.
Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
DİN vətəndaşlara xəbərdarlıq edərək sosial şəbəkələrdən istifadə edən zaman bu tipli vədlər verərək insanları dələduzluq yolu aldadan və pullarını mənimsəyən, həmçinin müəyyən xidmətlər müqabilində şəxsi məlumatlar tələb edən səhifələrdən uzaq durmağı tövsiyə edir.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
İstanbulda torpaq sürüşməsi baş verib
Dünya 22:34"Ukrayna bu terror aktında iştirak etməiyb!"
Dünya 22:16Ukraynaya yardım paketi dəstəklənib...
Dünya 22:07Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir
Mədəniyyət 21:56İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb
İqtisadiyyat 21:33Rus qadının amerikalı əri Donetskdə oğurlanıb...
Dünya 21:18CNN: "İran İsrailə cavab verməkdən qorxur..."
Dünya 21:08Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub
Mədəniyyət 20:45Növbəti qələbə: kəndlərimiz geri alındı
Siyasət 20:34Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyası tikiləcək
İqtisadiyyat 20:27Güclü külək Ağstafada bir sıra fəsadlar törədib
Hadisə 20:15Qış Sankt-Peterburqa qayıdır..?
Maraqlı 20:05ABŞ Çinə ultimatum verib
Dünya 19:58Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olduq
İqtisadiyyat 19:05Nazirlər arasında telefon danışığı olub
Dünya 18:46Çünki “çox gec ola bilər”...
Dünya 18:27Misirin XİN rəhbəri Türkiyəyə səfər edəcək
Dünya 17:56Konsolidə edilmiş maliyyə hesabatlılığında əsas problemlər
İqtisadiyyat 17:18Radikal müxalifət iflasa uğrayıb
Siyasət 17:08EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib - FOTO
İqtisadiyyat 17:02Zülfüqar Hacıbəyli – 140 TƏHLİL
Siyasət 16:55Xınalığa dolu düşüb
Sosial 16:50Bakı Fransız Liseyinin şagirdlərinin nəzərinə!
Təhsil 16:04Qadınlığa hörmət et, QADIN!
Köşə yazıları 16:03Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb - FOTOLAR
Siyasət 15:20Deputat Ucarda seçiciləri ilə görüşüb
Siyasət 15:15Azərbaycan: kəsişən dəhlizlər – ANALİTİK
İqtisadiyyat 15:09Soğan tək soyulasınız... -FELYETON
Sosial 14:52“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
Texnologiya 14:49Almaniya skuterdən istifadəni qadağan edib
Dünya 14:41AYNA auditor seçir
Sosial 14:15Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
Siyasət 14:02ANAMA sığortaçı seçir
Sosial 13:44Sumqayıtda qanunsuz tikili sökülüb - FOTO/VİDEO
Hadisə 13:16Özəl xəbərlər
Digər xəbərlərRedaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
- USD 1,7000 0,00%
- EUR 1,8082 -0,39%
- GBP 2,1115 -0,39%
- RUB 0,0181 +0,55%