Xaçmazdakı hadisə ilə bağlı rəsmi məlumat DİN

Xaçmaz rayonunda 10 yaşlı E.Şıxıyev tüfənglə ehtiyatsız davrandığından açılmış atəşlə qardaşına xəsarət yetirib. DİN-dən SİA-ya verilən məlumata görə, hadisə martın 13-də Xaçmaz rayonunun İlxıcı kəndində baş verib.

Kənd sakini, 10 yaşlı Emil Şıxıyev yaşadığı evdə tüfənglə ehtiyatsız davrandığından açılmış atəşlə qardaşı, 13 yaşlı Rəvanın bud nahiyəsinə xəsarət yetirib.

Xəstəxanaya yerləşdirilmiş yaralının vəziyyəti qənaətbəxşdir.

Xaçmaz RPŞ-nin əməkdaşalrı tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan “TOZ-20” markalı ov tüfəngi və giliz götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...