Doğuş faciəsi: ana və körpəsi öldü

Tovuzda ana və uşaq ölümü baş verib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Ağstafaya qohumları evinə qonaq gələn Cəlilabad rayon sakini, 1997-ci il təvəllüdlü Dadaşova Aytən İlqar qızı doğuş sancısı başladığı üçün Tovuz Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Uşaq dünyaya gələn zaman ölüb. Ananın vəziyyəti isə bir müddətdən sonra pisləşib.

Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, bu A.Dadaşovanın ilk hamiləliyi olub.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə