Babasının evindən pul oğurlayan nəvə tutulub

Şəmkir rayonunda nəvə babasının evindən 12 min manat pul oğurlayıb. DİN-dən SİA-ya verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 11-də rayon ərazisindəki evlərin birindən 12000 manat və 4000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən ev sahibinin nəvəsi saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə