Afrində 3347 terrorçu zərərsizləşdirilib

Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatı çərçivəsində ümumilikdə 3347 terrorçu zərərsizləşdirilib. SİA-nın Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, təkcə son sutka ərzində İŞİD, PYD və YPG terror qruplaşmaslarının 56 üzvü məhv edilib.

"Zeytun budağı" əməliyyatı çərçivəsində 185 yaşayış məntəqəsi terrorçulardan azad edilib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə