Qaradağda “NAZ” avtomobili dərəyə düşüb

Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonunda “NAZ” markalı minik avtomobilinin dərəyə düşməsi barədə məlumat daxil olub. FHN-nin saytında yer alan xəbərə görə, hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər sıxılmış vəziyyətdə qalmış sərnişini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.​

Bütün xəbərlər Facebook səhifəmizdə