Xudatda iki televizor oğrusu saxlanılıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan SİA-ya verilən məlumata görə, fevralın 2-də Xaçmaz rayon Xudat şəhər sakini Ruslan Müzəffərov RPŞ-yə ərizə ilə müraciət edərək Qaraqurtlu kəndində Rusiya Federasiyasında yaşayan qohumuna məxsus evdən 1.000 manat dəyərində “Samsung” markalı televizorun oğurlanmasını bildirib.

Müraciətlə əlaqədar əməliyyat tədbirlərinə başlayan polis əməkdaşları oğurluğu törədənləri qısa zamanda müəyyənləşdiriblər. Görülmüş tədbirlərlə kənd sakinləri, əvvəllər məhkum olunmuş İsmət Xanbabayev və Nicat Qarayev saxlanılıblar. Onlar evə qanunsuz daxil olduqlarını və törətdikləri cinayət əməlini etiraf ediblər.

Faktla bağlı Xaçmaz RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə