Afrində 1829 terrorçu zərərsizləşdirildi

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 1829 nəfərə çatıb. SİA-nın Türkiyə mətbuatına istinadən veriyi məlumata görə, son sutkada 49 terrorçu məhv edilib.

Qeyd olunur ki, bu müddət ərzində Afrində 93 məntəqə terrorçulardan azad edilib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə