Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb

2018-ci il fevral ayının 21-dən 22-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirirlib.

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 106 cinayət faktı qeydə alınıb, onların da 21-i “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdə bağlı qalmış cinayətlərdən gün ərzində 11-nin açılması təmin olunub.

Axtarışda olduğuna görə 26 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə