Gəncədə ər-arvadın dəm qazından boğularaq ölməsi faktı ilə bağlı cinayət işi başlanıb. Gəncə şəhər Prokurorluğundan SİA-ya verilən məlumata görə, fakta görə Cinayət Məcəlləsinin 124.2- ci ( ehtiyatsızlıqdan iki və ya daha çox adamı öldürmə) maddəsilə cinayət işi başlanıb, istintaq davam edir.

Xatırladaq ki, fevralın 19-da Gəncənin Nəriman Nərimanov prospektindəki evlərdən birində 1962-ci il təvəllüdlü Abbasov Adil Yusif oğlu və onun həyat yoldaşı, 1967-ci il təvəllüdlü Abbasova Yeganə Nazim qızı evdə dəm qazından boğularaq ölüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə