Respublikanın Daxili İşlər orqanları tərəfindən gün ərzində 183 cinayət faktı qeydə alınıb, onların da 31-i “isti izlər”lə açılıb.

SİA-ya DİN-in mətbuat xidmətindən bildiriblər ki, axtarışda olduğuna görə 15 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb, 10 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə