Goranboy sakini dəm qazından ölüb

Goranboy sakini dəm qazından zəhərlənərək ölüb. APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə rayonun Xanqərvənd kəndində baş verib. Kənd sakini 2004-cü il təvəllüdlü Abbasova Pərvanə Polad qızı yaşadığı evin vanna otağında dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə