Təyyarə qəzasında 66 nəfər ölüb YENİLƏNİB

İranda qəzaya uğramış "ATR 72-500" təyyarəsinin göyərtəsində olan 66 nəfərin hamısı həlak olub. SİA-nın verdiyi xəbərə görə, bu barədə Tasnim agentliyi hava gəmisinin məxsus olduğu "Aseman Airlines" aviaşirkətinin nümayəndəsi Məhəmməd Tağı Təbatəbaiyə istinadla məlumat yayıb. Onun sözlərinə görə, təyyarə əlverişsiz hava şəraiti səbəbindən havaya qalxdıqdan 50 dəqiqə sonra Dena dağına çırpılıb. Tehranın "Mehrabad" beynəlxalq hava limanından yola düşən təyyərənin Tehran- Yasouc marşrutu ilə hərəkət etdiyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə