Daşkəsəndə yanğın qeydə alınıb.

SİA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Daşkəsən rayonu, Xoşbulaq kəndində ümumi sahəsi 216 m2 olan birmərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 196 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə