Gəncədə məktəbli qətlə yetirildi

Gəncədə qətl hadisəsi baş verib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Tağı Arani küçəsində qeydə alınıb. 2001-ci il təvəllüdlü Elnur Həsənoğlu Bədəlov ürək nahiyəsindən bıçaqlanıb. Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına (TTYX) çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Hələlik hadisənin kim tərəfindən və hansı şəraitdə baş verdiyi məlum deyil. Artıq hüquq mühafizə orqanı əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Elnur Bədəlovun 11-ci sinif şagirdi olduğu deyilir.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə