Bakıda külli miqdarda pul və qızıl oğurlayan dəstə yaxalandı

Bakıda pul və qızıl əşyalar oğrulayan dəstə tutulub. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, Xətai RPİ 37-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 10-da rayon ərazisindəki evlərin birindən 9.700 manat pul vəsaiti və 10.000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Sevda Şəfiyeva və əvvəllər məhkum olunmuş Vüqar Əliyev saxlanılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə