Rusiyadakı güclü yanğın zamanı azərbaycanlı ailəsi yanaraq ölüb

Rusiyada baş verən güclü yanğın zamanı azərbaycanlı ailənin üzvləri yanaraq ölüb. Publika.az xəbər verir ki, hadisə Orenburq şəhərində, Salmışskaya küçəsində, yaşayış binasının 9-cu mərtəbəsində baş verib. Hadisə zamanı bir ailənin 4 üzvü yanaraq ölüb. Onlardan 2-si (3 yaşlı qız və 6 yaşlı oğlan) uşaqdır.

Yanğın zamanı daha 7 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan 4-ü yetkinlik yaşına çatmayanlardır. Hadisənin başvermə səbəbləri araşdırılır. Yanğın lokallaşdırılıb.

Qonşuların sözlərinə görə, bu ailədə 2016-cı ildə daha bir faciə yaşanıb. Belə ki, həmin ilin mayında ailənin azyaşlı övladı yuxarı mərtəbədən yıxılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...