Sakit okeanda Peru sahillərində 5,4 maqnitudalı zəlzələ baş verib. SİA-nın məlumatına görə, bu barədə ABŞ Geologiya Xidməti məlumat yayıb. Yerli vaxtla şənbə günü gecə saat 23.11 (Bakı vaxtı ilə saat 08.11) radələrində baş verən zəlzələnin ocağı Akari yaşayış məntəqəsindən 144 km cənub-şərqdə 10 km dərinlikdə yerləşib. Dağıntı və tələfat, o cümlədən sunami təhlükəsi barədə məlumat daxil olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə