Masallıda ev yanıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, Masallı rayonunun Göyəçöl kəndində ümumi sahəsi 210 kv.m olan ikimərtəbəli 5 otaqlı evin birinci mərtəbəsində 1 otağın və dəhlizin yanar konstruksiyaları 55 kv.m sahədə, ikinci mərtəbədə 3 otağın və dəhlizin yanar konstruksiyaları 105 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə