Ölən qadın 10 gündən sonra uşaq doğdu DƏHŞƏT

Afrikada ananın ölümündən 10 gün sonra uşaq dünyaya gəlib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, cənazə mərasimi ərəfəsində, ölkənin şərqindəki Mbizana bələdiyyəsində olan qəbiristanlıq işçiləri, ölən 33 yaşlı Nouveliso Nomassonto Mdoyinn yanında ölü övlad tapıblar. "Biz o qədər şokdaydıq ki hətta uşağın cinsini ayıra bilmədik. 20 illik fəaliyyətim dövründə belə halla rastlaşmamışdım"- deyə, qəbiristanlıq əməkdaşı deyib. Ölənlərin yaxınları, Mdoyinin vəfat etdiyində hamiləliyin doqquzuncu ayında olduğunu söyləyiblər. Onlar bildiriblər ki, evdə boğularaq ölən qadın uşağı ilə bir tabuta qoyulub. Aparıcı ekspertlərin fikrincə, doğuş ana bətninin ölümündən sonra əzələlərin boşalması nəticəsində baş verə bilər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə