Bakıda qadın mənzildən 5 min dollar oğurladı

Bakıda mənzildən külli miqdarda pul oğurlayan şəxs yaxalanıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, yanvarın 17-də Bakı şəhər sakini olan qadın Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə müraciət edərək evindən pulunun oğurlandığını bildirib.

Yaradılan əməliyyat qrupu tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla mənzildən 5000 ABŞ dollarının ötən ilin noyabr ayının 28-dən dekabr ayının 20-dək olan müddətdə oğurlanması məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Xəyalə Vəliyeva müəyyən edilərək saxlanılıb, istintaqa təhvil verilib

Bütün xəbərlər Facebook səhifəmizdə