Avropada "Frederik" qasırğasının qurbanlarının sayı 10-a çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ən çox ölüm halı Almaniyada qeydə alınıb. Burada 6 nəfərin ölüdüyü deyilir. Ölüm hallarının əksəriyyəti yol qəzaları ilə bağlı olub. Güclü külək avtomobillərin aşmasına səbəb olub.

Avropada höküm sürən hava şəraiti nəqliyyata böyük təsir edib. Almaniyada qatarların ölkə daxilində hərəkəti təxirə salınıb. Yıxılan ağaclar yolları kəsib. Köln və Bonn hava limanlarının damında əmələ gələn çat nəticəsində insanlar təxliyə edilib. Limanların fəaliyyəti dayandırılıb. Amsterdam hava limanında, eləcə də dəmir yolunda bütün reyslər təxirə salınıb. Sinoptiklərin söylədiklərinə görə, qasırğa Avropanın şərqinə doğru hərəkət edir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə