Şəkidə 78 yaşlı qadın intihara cəhd edib

Bu gün axşam Şəki şəhərinin Ə. Qarayev küçəsi, ev 8 ünvanında yaşayan 1940-cı il təvəllüdlü Abidə Hüseynçələbi qızı Səmədova zəhərlənmə əlamətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan APA-ya bildirilib ki, son zamanlar əsəb xəstəliyindən əziyət çəkən 78 yaşlı Abidə Səmədova intihar məqsədilə dərman qəbul edib. Onun müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB