Bu gün axşam saatlarında Xudat şəhəri ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, yük maşını (TIR) ilə VAZ markalı minik avtomobilinin toqquşması nəticəsində iki nəfər Xudat sakini ağır xəsarət alıb.

Bunlar 21 yaşlı Qəmrayev Anar Xosrov oğlu və 27 yaşlı Qəmrayev Elçin Zöhrab oğludur. Onlar Xudat şəhər Xəstəxanasına çatdırılıb. Hər iki şəxsə ilkin tibbi yardım göstərilib, sonra onlar Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə