Bərdədə baş verən yanğında xəsarət alan qadın xəstəxanada ölüb

Daxili İşlər Nazirliyi Bərdə rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən SİA-ya verilən məlumata görə, yanvarın 15-də saat 8 radələrində Bərdə rayonunun Güloğlular kəndində rayon sakini Xəyyam Novruzovun evində yanğın baş verib.

Yanğın söndürüldükdən sonra X.Novruzovun nəvəsi, 5 yaşlı Rüqayənin yanmış meyiti tapılıb, xəstəxanaya yerləşdirilmiş gəlini Zümrüd Novruzova isə orada ölüb.

Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...