Ötən il 32 500 cinayət işinin istintaqı aparılıb

Ötən il respublikanın hüquq-mühafizə orqanları tərəfindən 32 500 cinayət işinin istintaqı aparılıb. SİA-nın məlumatına görə, bu barədə Daxili İşlər Naziri Ramil Usubov bu gün 2017-ci ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasında deyib.

Nazirin sözlərinə görə, onlardan 84 faizi daxili işlər orqanları müstəntiqlərinin icraatında olub: "İstintaqı tamamlanmış 9.085 cinayət işi ittiham aktı ilə məhkəmələrə göndərilib. Vətəndaşlara dəymiş maddi ziyanın ödətdirilməsi 2016-cı illə müqayisədə 14,5 faiz yaxşılaşaraq 84,9 faiz təşkil edib".

Bütün xəbərlər Facebook səhifəmizdə