Narkotrafiklə bağlı 78 cinayətkar qrup zərərsizləşdirilib

Ötən il Azərbaycanda narkotrafiklə bağlı 78 cinayətkar qrup zərərsizləşdirilib. SİA-nın məlumatına görə, bunu daxili işlər naziri general-polkovnik Ramil Usubov Daxili İşlər Nazirliyinin geniş Kollegiya iclasında deyib.

Nazir qeyd edib ki, transmilli mütəşəkkil cinayətlərdən olan narkotrafikə qarşı həyata keçirilən tədbirlərlə qanunsuz dövriyyədən 944,5 kiloqram narkotik vasitə çıxarılıb, 78 cinayətkar qrup zərərsizləşdirilib:

"Qanunsuz olaraq, kultivasiya edilən və yabanı halda bitən 175 tona yaxın çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib".

Bütün xəbərlər Facebook səhifəmizdə