Bakıda gecə klubunda 5 nəfər bıçaqlanıb

Bakıda gecə klubunda 5 nəfərin bıçaqlanması ilə nəticələnən hadisədə 1 nəfər saxlanılıb. SİA-nın məlumatına görə, hüquq-mühafizə orqanlarından bildirilib ki, hadisə ilə bağlı keçirilən əməliyyat nəticəsində gecə klubunda 5 nəfəri bıçaqlamaqda təqsirləndirilən Yağmur Amanov saxlanılıb.

Araşdırmalar nəticəsində məlum olub ki, Y.Amanov Türkmənistan vətəndaşıdır.

Faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, yanvarın 14-də gecə saatlarında Bakının Nizami rayonu, 8-ci kilometr qəsəbəsindəki gecə klublarından birində baş vermiş dava nəticəsində 5 nəfər bıçaqlanıb. Hadisə nəticəsində 30 yaşlı Əsədova Esmira Telman qızı, 1990-cı il təvəllüdlü Mirzəyeva Türkanə Teymur qızı və 1987-ci il təvəllüdlü Eyvazov Əfqan Həsrət oğlu bıçaq xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına, daha 2 nəfər isə özəl klinikalardan birinə yerləşdirilib. (trend)

Bütün xəbərlər Facebook səhifəmizdə