Respublikanın daxili işlər orqanları tərəfindən yanvar ayının 13-dən 15-dək 183 cinayət faktı qeydə alınıb, onların da 38-i “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, axtarışda olduğuna görə 13 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə