Kafedə zəhərlənənlərin sayı 112 nəfər çatdı

Rusiyada kafedə zəhərlənənlərin sayı 112 nəfər çatıb, onlardan 70 nəfəri hospitallaşdırılıb. SİA bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Belə ki yanvarın 11-də kafedə qidalananlar da salmonella xəstəliyi qeydə alınıb. Kafenin fəaliyyəti dayandırılıb.

Bundan öncə 85 nəfərin zərər çəkdiyi, 64 nəfərin hospitallaşdırıldığı deyilirdi. Eyni zamanda 12 yeniyetmədə salmonella xəsətəliyi aşkarlanıb.

Son məlumatlarala görə, hospitallaşdırılan 70 nəfərdən 69-u Ulan -Ude də yerləşən xəstənada, biri isə Khorinsky xəstəxanasına yerləşdirilib. 42 nəfər ambulator müalicəyə alınıb. Onlardan 17 nəfərdə salmonella xəstəliyi aşkarlanıb.

Respublika prokurorluğu kafedə gigiyena və sanitariya pozğunluqlarının aşkarlandığını açıqlayıb. Məsələ ilə bağlı cinayət işi açılıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə