Sabunçuda 32 yaşlı piyadanı maşın vurub

Bakıda piyadavurma hadisəsi baş verib. APA-nın xəbərinə görə, hadisə paytaxtın Sabunçu rayonu, Ramanı qəsəbəsi ərazisində yerləşən Şuşa şəhərciyində baş verib. Məlumata görə, avtomobil yolu keçmək istəyən 1986-cı il təvəllüdlü Ələkbərov Rafiz Tofiq oğlunu vurub.

Piyada döş qəfəsinin əzilməsi xəsarəti ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına sürücü tərəfindən gətirilib. Hadisə Sabunçu polisi tərəfindən araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə