Gecə klubunda tavan çöküb, 26 nəfər xəsarət alıb

Madriddə gecə klubunda tavan çöküb, ən azı 26 nəfər xəsarət alıb.

Bu barədə Madridin Fövqəladə hallar üzrə xidməti məlumat yayıb.

Hadisə İspaniya paytaxtının Karabançel rayonunda baş verib. Xəsarət alan 26 nəfərdən 11-i xəstəxanalara yerləşdirilib.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə