Tarixə düşən ən güclü yanğın lokallaşdırıldı

Kaliforniya meşələrini cənginə alan "Tomas" yanğınını ötən gün tamamilə lokallaşdırmaq mümkün olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Kaliforniyanın Meşə və Yanğından Mühafizə Xidməti bu barədə məlumat yayıb.

"Tomas" yanğını 100 faiz lokallaşdırılıb" - deyə, xidmətin saytında yerləşdirilən məlumatda qeyd olunub. Hazırda yanğının səbəbləri araşdırılır.

Açıqlanan məlumata görə, meşə yanğını 114 min hektar ərazini əhatə edib.

Xatırladaq ki, Kaliforniyada meşə yanğınları ötən ilin dekabrın 4-dən başlayıb. Yanğın ərazisinin genişlənməsinə güclü külək və quru hava səbəb olub. Yanğın ərazisinə 1000 yanğınsöndürmə əməkdaşı, 6 briqada cəlb edilib. "Tomas" Kaliforniyanın tarixinə ən güclü meşə yanğını kimi düşüb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə