Xızı sakinini güllələyən şəxs yaxalanıb

Yanvarın 9-da Xızı rayonunun Giləzi qəsəbə sakini Rasim Cəbiyevin ayaq nahiyəsindən güllə yarası ilə xəstəxanaya gətirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla yanvarın 6-da Giləzi qəsəbəsində qəsəbə sakini Azər Rəhimovun münaqişə zəminində tapançadan açdığı atəşlə R.Cəbiyevin ayaq nahiyəsinə xəsarət yetirməsi müəyyən edilib. Faktla əlaqədar cinayət işi başlanılıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə A.Rəhimov saxlanılıb. Ondan müvafiq sənədləri olmayan, xaricdə istehsal olunmuş tapança götürülüb. Saxlanılan şəxs maddi sübutla birgə istintaqa təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə