Bu gün Bakı metrosunda özünü qatarın altına atan şəxs xəstəxanada vəfat edib. SİA-nın verdiyi xəbərə görə hadisə "Qara Qarayev" stansiyasında baş verib. Özünü qatarın altına atan və ağır vəziyyətdə reanimasiyaya yerləşdirilən 1971-ci il təvəllüdlü Cəmilov Cəmil Qulam oğlu vəfat edib.

Şahidlərin verdiyi məlumata görə hadisə "Həzi Aslanov" stansiyasından "Dərnəgül"ə gedən, 28 saylı marşrut üzrə hərəkət edən qatar “Qara Qarayev” metrostansiyasına daxil olanda baş verib. Həmin şəxs özünü qatarın altına atmaq istəyib. Lakin son anda fikrindən daşınıb və geri çəkilib. Qatar həmin şəxsi vuraraq platformaya atıb, intihara cəhd edən şəxs relslərin üzərinə düşməyib.

Faktla bağlı Nizami rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Müəllif: Mamed Bağırov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...