16 yaşlı gənc dərmandan zəhərlənib vəziyyəti ağırdır

Tovuz rayonunda 16 yaşlı gənc oğlan dərman içib. SİA-nın məlumatına görə, hadisə rayonun Eyyublu kəndində baş verib.

Kənd sakini, 2001-ci il təvəllüdlü Sarıyev Babək Ramin oğlu evlərində heyvanlar üçün hazırlanmış dərmanı içib. B.Sarıyev təcili olaraq xəstəxanaya gətirilib və reanimasiya şöbəsinə yerləşdirilib. Yaralının vəziyyəti ağır qiymətləndirilir.

Ailə üzvlərinin dediyinə görə, B.Sarıyev psixoloji xəstədir.

Bütün xəbərlər Facebook səhifəmizdə