Bu gün Böyük Britaniyanın Birminqem şəhərində ağır qəza olub.

Qəza nəticəsində 6 nəfər ölüb, bir nəfərin durumu ağırdır. Qəza yerli vaxtla saat 1.00 radələrində tuneldə 3 avtomobilin toqquşması nəticəsində baş verib. Arxadan gələn 3 avtomobil də qəzadan yayına bilməyib və bu avtomobillərdə olan 3 nəfər yüngül xəsarət alıb. Yol müvəqqəti bağlanıb. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə