Göygöldə intihar hadisəsi baş verib.

SİA-nın Qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Göygöl şəhərində qeydə alınıb.

Rayon sakini 1995-ci il təvəllüdlü Məmmədov Heydər Yasin oğlu yaşadığı evdə özünü asaraq intihar edib. H. Məmmədovun hansı səbəbdən intihar etdiyi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə