“National Geographic”in əməkdaşlarına hücum edilib

Qabonun paytaxtı Librevil şəhərində bıçaqla silahlanmış şəxs “National Geographic” jurnalının əməkdaşlarına hücum edib, nəticədə iki müxbir bıçaq xəsarətləri alıb.

İnsident populyar turizm məkanında baş verib. Hücum edən 53 yaşlı Niger vətəndaşı saxlanılıb.

Qabonda 19 ildir məskunlaşan saxlanılan şəxs hücumu “ABŞ-ın Yerusəlimi İsrailin paytaxtı elan etdiyinə görə” törətdiyini etiraf edib.

Məlumata görə, xəsarət alan müxbirlərdən birinin vəziyyəti ağırdır. Onların Danimarka vətəndaşı olduğu bildirilir.

Araşdırma davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə