Şəkidə 23 yaşlı gənc bıçaqlanıb

Şəkidə 23 yaşlı gənc qonşusu tərəfindən bıçaqlanıb. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, dünən axşam saat 19 radələrində rayonun Böyük Dəhnə kənd sakini 1994-cü il təvəllüdlü Eşqin Rifahil oğlu Nəbiyev bədənin müxtəlif nahiyələrində bıçaq yarası xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan APA-ya verilən məlumata görə, xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirilən Eşqin Nəbiyevə sol çiyin qurşağının və sol böyrək ətrafı nahiyənin kəsilmiş-deşilmiş lakin daxilə nüfuz etməyən bıçaq yarası xəsarəti diaqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir. Eşqin Nəbiyev müayinə zamanı qonşusu Vaqif adlı şəxs tərəfindən bıçaqlandığını bildirib. Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində (ŞRPŞ) araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə