Paytaxtda qadın sürücü ağır qəzada ölüb

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, dekabrın 15-də saat 13 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakini Natəvan Babayeva idarə etdiyi “BMW” markalı avtomobili yol ayırıcısına vurub.

Nəticədə sürücü hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilmiş sərnişini - 7 yaşlı qızı Aysunun vəziyyəti qənaətbəxşdir.

Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə