Keçmiş baş nazirin oğlu intihar etdi

Türkiyənin keçmiş baş naziri Məsud Yılmazın oğlu Məhmət Yavuz Yılmazın meyiti Beykozdakı evində tapılıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə yerinə polis və təcili yardım qrupu cəlb edilib. Təcili yardım qrupu silahla vurulan Yılmazın öldüyünü təsdiqləyiblər. Onun intihar etdiyi fikri irəli sürülür. Hazırda polis hadisə yerində araşdırma aparır.

Qeyd edək ki, Yavuz Yılmazın qardaşı Həsən Yılmazla birgə CFS İstanbul İnvestisiya A.Ş adlı şirkəti var idi. İki qardaş İstanbulun üçüncü hava limanının qazıntı işlərini də aparırmışlar.

Məlumat üçün nəzərinizə çatdıraq ki, 1979-cu il təvəllüdlü Yavuz Yılmaz Türkiyənin keçmiş baş naziri Məsud Yılmazın oğludur.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə