Zəlzələ nəticəsində ölənlərin sayı artır

İndoneziyanın Yava adasında baş verən zəlzələ nəticəsində iki nəfərin öldüyü açıqlanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bundan öncə 1 nəfərin öldüyü, 5 nəfərin isə yaralandığı deyilirdi.

Ölkənin Milli fəlakət idarəsinin nümayəndəsi Sutopo Purvo Nugrocho açıqlamasında bildirib ki, ölənlərin sayı iki, yaralıların sayı isə 7 nəfərə çatıb. Onlarla ev dağılıb.

Məlumat üçün nəzərinizə çatdıraq ki, ötən gün baş verən zəlzələ 6.4 bal gücündə, 104 kilometr dərinlikdə qeydə alınıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə