Xırdalanda 25 nəfər təxliyə edildi

Abşeron rayonu, Xırdalan şəhərində yanğın baş verib. SİA FHN-ə istinadən xəbər verir ki, Abşeron rayonu, Xırdalan şəhərində çoxmənzilli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 55 m2 olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 17 m2 sahədə yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 25 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə