Gəlin toyu günü dəm qazından zəhərlənib

Bakıda gəlin toyu günü dəm qazından zəhərlənib. SİA-nın məlumatına görə, bu barədə Kliniki Tibbi Mərkəzin baş həkimin müavini Məhəbbət İbrahimova deyib.

Onun sözlərinə görə, hadisə dekabr ayının əvvəllərində baş verib: "Gecə saatlarında təcili yardımla dəm qazından zəhərlənmə ilə bağlı qadın daxil oldu. Xəstə komatoz vəziyyətdə idi. Həkimlərin səyi nəticəsində xəstəni həyata qaytarmaq mümkün oldu. Məlum oldu ki, həmin xanım toyuna hazırlaşırmış. Səhər toyu olacaq, gecə hamamda yuyunarkən dəm qazından zəhərlənib. Xəstə xəstəxanadan toyuna getdi".

Bütün xəbərlər Facebook səhifəmizdə