Paytaxtda intiharın qarşısı alındı

Paytaxt Bakıda intiharın qarşısı alınıb.

SİA-nın FHN-in saytına istinadən verdiyi məlumata əsasən, şəhərin Xəzər rayonunda 1 nəfər kişi beşmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb. Əməliyyat başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə