Lənkəranda mağaza və aptek qarət edənlər saxlanılıb

Lənkəranda mağaza və aptek qarət edən şəxslər saxlanılıb. DİN Mətbuat Xidmətinin Lənkəran Regional qrupundan SİA-ya verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinə Şiləvar kəndindəki apteklərdən birindən 282 manat dəyərində müxtəlif dərman preparatlarının və uşaq qidalaranın oğurlanması ilə bağlı müraciət daxil olub.

Baş Cinayət Axtarışı İdarəsi və Lənkəran ŞRPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

Polis Şöbəsində aparılan araşdırmalarla onların şəhər sakinləri Vüsal Ağazadə və qardaşı Fərid olmaları, onların digər cinayətdə iştirakları da müəyyən edilib.

Məlum olub ki, onlar noyabrın 18-də kənddəki digər bir mağazadan 150 manat pul və 1191 manat qiymətində müxtəlif ərzaq və gigiyena məhsulları da oğurlayıblar.

Oğurlanmış məhsulların bir qismi polis əməkdaşları tərəfindən maddi sübut kimi onlardan götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılıb, istintaq aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə