Həbsxanaya narkotik maddə keçirilməsinə cəhd olub

Ədliyyə Nazirliyi Penitensiar xidmətin tabeçiliyində olan cəzaçəkmə müəssisələrinə və istintaq təcridxanalarına qadağan olunmuş əşyaların keçirilməsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

SİA-nın verdiyi məlumata görə, Penitensiar xidmətin Baş idarəsinin və 14 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

14 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınmışdırCinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 4 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Həsənov Ruslan Vahid oğluna Abşeron rayonu Novxanı qəsəbə sakini Nağıyev Fərzəli Qüdrət oğlu tərəfindən poçt vasitəsilə göndərilmiş banderola baxış keçirilən zaman, “Reksona” markalı gigiyenik vasitənin qutusunda xüsusi üsulla gizlədilmiş 2 ədəd sellofan bükülüdə ümumi çəkisi 0,721 qram olan narkotik maddə - marixuana aşkar edilərək götürülüb.

Fakt üzrə toplanılmış materiallar hüquqi qiymət verilməsi məqsədilə Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə